Rusiyada qırıcı təyyarə yaşayış binasının üstünə düşdü – VİDEO




Rusiyanın Yeysk şəhərində hərbi təyyarə yaşayış binasının üzərinə düşüb.
TASS-ın məlumatına görə, qəzaya uğrayan “Su-34” qırıcısı olub. Pilot son anda katapult sistemini işə salaraq sağ qala bilib.
Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib.
Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb. Ərazidə 3 saylı yanğınsöndürmə dərəcəsi elan edilib.
Yanğın sahəsi təxminən 2 min kvadratmetrdir.
Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
Şəhər administrasiyasının nümayəndəsinin sözlərinə görə, sosial obyektlərə ziyan dəyməyib.
Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.
Faktla bağlı artıq cinayət işi başlanılıb.


Tarix: 17-10-2022, 21:40
Xəbəri paylaş





Xəbər lenti