Tərtərdə ağır qəza: 1 nəfər öldü, 16 nəfər yaralandı


 
Tərtər rayonunda iki minik avtomobili və mikroavtobusun iştirakı ilə ağır qəza baş verib.
Musavat.com-un Report-a istinadən məlumatına görə, "Kia" və "Pirus" markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb.
Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
Hadisə nəticəsində ölən şəxs 1992-ci il təvəllüdlü Rüstəmzadə Xəyal Natiq oğludur.
Yaralılardan bəzilərinin adları məlum olub:
1) 1993-cü il təvəllüdlü Qaraşov Anar Vəliş oğlu
2) 1980-cı il təvəllüdlü Şahbazova Gülşən
3) 1981-ci il təvəllüdlü Şahbazov Tural
4) 1974-cü il təvəllüdlü Qurbanova Xatirə
5) 1990-cı il təvəllüdlü Nəcəfova Ceyhunə
6) 2010-cu il təvəllüdlüNəcəfova Gülay
7) 1950-ci il təvəllüdlü Nəcəfova Raya
8) 1994-cü il təvəllüdlü Cabbarov Təbriz
9) 1965-ci il təvəllüdlü Mirzəyev Elşad
10) 1975-ci il təvəllüdlü Hidayətova Afət
11) 1970-ci il təvəllüdlü Hidayətov Yavər
12) 1968-ci il təvəllüdlü Tağıyev Zakir
Qeyd edək ki, xəsarət alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin xəttilə Tərtər şəhərində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən kursun iştirakçıları olub.
Tarix: 20-10-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti