Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər həbs edildi
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Pravda.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri -
Vaqif Nadirov, Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Tarix: 23-10-2022, 16:14