Mingəçevirdə aptek sahibi özünü güllələdi


Mingəçevirdə aptek sahibi özünü güllələyib.


Siam.az-ın məlumatına görə, hadisə şəhərin Günəş küçəsində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov ov tüfəngi ilə özünü güllələyib.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo
Tarix: 23-10-2022, 16:32
Xəbəri paylaş





Xəbər lenti