SOCAR-IN DEPARTAMENT RƏİSİNİN OĞLU YAŞLI KİŞİNİ DÖYÜB


Bir neçə dəqiqə bundan əvvəl SOCAR-ın Nəqliyyat Departamentinin rəisi, ölkədə vəhhabilərin əsas himayəçilərindən hesab olunan Elçin Zülfüqarovun oğlu Elnur Qaradağ rayonu Qobustan qəsəbəsində yaşlı bir kişini döyüb.
Səbəb də odur ki, yaşlı kişi E.Zülfüqarovun oğlunun maşınına yol verməyib. Elnur (27 yaşlı) idarə etdiyi maşınla yaşlı kişinin idarə etdiyi maşının qarşısını kəsib, onun maşından düşürərək döyüb.
Döyülən adam 11-ci polis bölməsinə və 102-yə şikayət edib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, məsələni diqqətdə saxlayın! Qudurğan məmur oğlu birinci dəfə deyil ki, belə xuliqanlıqlar edir. Hər dəfə də cəzadan xilas olur. Bundan bir müddət əvvəl E.Zülfüqarovun qardaşı oğlu da 21 yaşlı bir gənci bıçaqlayıb öldürmüşdü.
Samir Feyruzov
TİA.AZ
Tarix: 24-10-2022, 10:41
Xəbəri paylaş





Xəbər lenti