Siyəzəndə məktəb direktoru özünü doğradı - ARAŞDIRMA BAŞLANDI

Siyəzəndə məktəb direktoru özünü doğradı
Siyəzən rayonunun Beşdam kənd məktəbinin direktoru özünə xəsarət yetirib və o səhər saatlarında Siyəzən Müalicə- Dioqnostika Mərkəzinə çatdırılıb.

Siam.az bildirir ki, mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, Beşdam kənd sakini, 62 yaşlı Sərvət Qəribağa oğlu Əlizadə bu səhər sol saidin aşağı 1/3 kəsilmiş yarası diaqnozu ilə mərkəzə gətirilib və ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Quba-Xaçmaz Regional Təhlil İdarəsindən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Beşdam kənd məktəbinin direktoru Sərvət Əlizadənin hansı səbəbdən özünə xəsarət yetirməsi rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Tarix: 1-11-2022, 17:24
Xəbəri paylaş





Xəbər lenti