Xaçmazda qardaş qardaşı mirasa görə döyüb



Xaçmaz şəhərində qardaş qardaşı mirasa görə döyüb.

“Report” xəbər verir ki, hadisə şəhərin Səid Qurbanov küçəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, 1971-ci il təvəllüdlü Bayramov Nazim Bayram oğlu miras qalan əmlaka görə qardaşı tərəfindən döyülüb.
Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 15-11-2022, 08:31
Xəbəri paylaş





Xəbər lenti