Polşa ərazisinə düşən raketlər 2 nəfərin ölümünə səbəb olub



Hadisə nəticəsində 2 polşalı fermer həlak olub
Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə raket düşüb. Siam.az Polşa mediasına istinadla xəbər verir ki, 2 qanadlı raket Polşa-Ukrayna sərhədi yaxınlığında, Pşevoduv yaşayış məntəqəsindəki fermaya düşüb. Hadisə nəticəsində 2 polşalı fermer həlak olub. raketlərin mənşəyi məlum deyil.
 
Hökumətin sözçüsü Pyotr Müller Tvitterdə Baş naziri Moravietskinin Milli Təhlükəsizlik Bürosunun təcili iclasını çağırdığını bildirib.AYNA 
Tarix: 16-11-2022, 08:22
Xəbəri paylaş





Xəbər lenti