ABŞ donanması İrandan partlayıcı daşıyan gəmini batırıb

Məlumatda deyilir ki, gəmi və onun dörd yəmənlidən ibarət ekipajı adətən İrandan Yəmən hutilərinə yük daşınan dəniz marşrutunda yaxalanıb
ABŞ dəniz donanması noyabrın 15-də İrandan Yəməndəki Huti qiyamçılarına “partlayıcı materiallar” daşıyan gəmini batırıb.
Bu da xəbər verilir ki, bu gəminin yükü ilə onlarca ballistik raketi yanacaqla doldurmaq mümkün idi.
AFP agentliyi Bəhreyndə bazalanan ABŞ 5-ci Donanmasına istinadən yazır ki, batırılan gəmi ABŞ donanması tərəfindən noyabrın 8-də Oman körfəzində həbs olunmuşdu.
Məlumatda deyilir ki, gəmi və onun dörd yəmənlidən ibarət ekipajı adətən İrandan Yəmən hutilərinə yük daşınan dəniz marşrutunda yaxalanıb.
Onlarca raketə yanacaq
ABŞ donanması gəmidə 100 ton karbamid gübrəsi və 80 ton ammonium perxloratı aşkar etmişdi.
Bu kimyəvi materiallar raket və mərmilərin yanacağının hazırlanması üçün əsas komponentlərdir.
Xəbərdə bildirilir ki, bu həcmdə materialla ölçüsündən asılı olaraq onlarca ortamənzilli raketi yanacaqla doldurmaq olardı.
Bu da qeyd olunur ki, gəmidəki dörd yəmənli Yəmənin sahil sərhəd keşiyinə təslim edilib.
Azadlıq radiosu
Tarix: 16-11-2022, 23:23
Xəbəri paylaş





Xəbər lenti