FHN Xırdalandakı partlayışla bağlı məlumat yaydı - YENİLƏNDİ


Xırdalanda yaşayış binasında partlayış zamanı 3 nəfər xəsarət alıb.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
 
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
 
***
21:40
 
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.
 
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub.
 
Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Tarix: 16-11-2022, 23:26
Xəbəri paylaş





Xəbər lenti