Milyarder Fərhad Əhmədovun Göyçaydakı obyektlərində AXTARIŞ APARILIR

Milyarder Fərhad Əhmədovun Göyçaydakı obyektlərində AXTARIŞ APARILIR

Bu dəqiqələrdə Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə əməliyyat-axtarış tədbirləri aparılır.
Hurriyyet.az bu barədə Caliber-ə istinadən xəbər verir. 
Qeyd edək ki, F.Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın "Forbes" siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Fərhad Əhmədov 2004-2010-cu illərdə Rusiya Federasiyası Şurasının üzvü olub. 2022-ci ilin aprelində Aİ və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib.

Tarix: 18-11-2022, 18:22
Xəbəri paylaş





Xəbər lenti