Şirvanda polis bu şəxslərin qollarına QANDAL VURDU


Şirvanda polis bu şəxslərin qollarına
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları
ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz
dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu
ilə pul tələb etmə, xuliqanlıq cinayətləri edən ümumilikdə 72 nəfər saxlanılıb.
Bu barədə Siam.az-a DİN-dən məlumat verilib.
Həmin şəxslərdən 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan
34-ü barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına
vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 2 kiloqrama yaxın
marixuana, 1 kiloqram 300 qramdan artıq heroin, müxtəlif çəkidə psixotrop maddə
olan metamfetamin, tiryək, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən və mağazalardan
oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə
vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi barədə yalan
vədlər verən və zərərçəkmişlərin 12000 manat pulunu dələduzluq yolu ilə ələ
keçirən 1, bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə
yaxınlaşan və pullarının ələ keçirən 1, soyğunçuluq və xuliqanlıq edən 3, hədə-
qorxu ilə pul tələb edən 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq
Bölməsində araşdırmalar davam etdirilir.

Şirvanda polis bu şəxslərin qollarına
Tarix: 1-12-2022, 17:36
Xəbəri paylaş





Xəbər lenti