Şirvanda quldurluq edən şəxs saxlanılıb


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Siam.az-a verilən məlumata 
görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir vətəndaşa qarşı quldurluq edən 
Rəfayıl Nuriyev saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. 
Araşdırmalar zamanı məlum olub ki, R.Nuriyev şəhər ərazisində yerləşən şadlıq 
saraylarının birinin qarşısında bir nəfər şəhər sakinindən pul istəyib. Lakin sonuncu 
isə ona pul verməkdən imtina edib. Bu zaman isə R.Nuriyev ona xəsarət yetirərək 
zərərçəkənin 150 manat pulunu quldurluq yolu ilə ələ keçirib və hadisə yerindən 
uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan 
şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Tarix: 3-12-2022, 17:43
Xəbəri paylaş





Xəbər lenti