DYP rəisinin müavini QHT sədrini cərimələtdi – “Maşından en və buraya yaxınlaş” - FOTO


Dövlət Yol Polisi İdarəsinin əməkdaşları “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimlinin avtomobilinə cərimə protokolu yazıb.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə Q.İbrahimli özü məlumat yayıb.
 
“Mikayıl Müşfiq küçəsi ilə Nərimanov prospekti istiqamətində hərəkət edirdim. Parlament prospekti ilə kəsişməni keçərkən avtobus zolağından çıxmaq üçün sola dönmə siqnalı verərək, yavaş-yavaş sol yola çıxmağa başladım.  Bu zaman arxadan gələn minik avtomobili mənə uzun səs siqnalı verdi. Mən də şüşədən əlimi çıxararaq, “Niyə həyəcanlandın?”, deyə soruşdum. Daha sonra yoluma davam etdim. Statistika Komitəsinin qarşısına çatdıqda isə DYP inspektoru yolun ortasına çıxaraq, məni durdurdu. Maşını şağa çəkib durdum. Mənə yaxınlaşan əməkdaş “tez maşından en və buraya yaxınlaş”, - deyə bağırdı.  Mən maşınımdan enib, polisə yaxınlaşmaq istəyərkən, arxada dayanmış ağ rəngli “Mercedes”ə yaxınlaşmamı əmr etdi.  Baxdıqda sükan arxasında polis polkovnik leytenantı olduğunu gördüm.  Zatən maşınla bir məsafəmiz də yox idi. Onu tanımadığımı və məni yanına çağırmağa ixtiyarı olmadığını söylədim. Dedim, sizin nə ixtiyarınız var ki, vətəndaşı durdurub, yanınıza çağırasınız? O, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinin müavini olduğunu bildirdi.  Bəlli oldu ki, mənə siqnal verərkən etiraz etdiyim maşının sürücüsü o imiş və etirazım xətrinə dəydiyindən məni durdurmaq haqda əmr veribmiş. İndi etiraz etməmi görüb, əməkdaşa kobud yol hərəkəti qaydası etdiyim üçün protokol tərtib etməsini əmr etdi.  Mən də əsəbi halda olduğumdan maşınıma oturaraq hərəkətimə davam etdim.  Bu dəfə polislər məni “Hyatt Regency” oteli qarşısında durdurdular. Mən də “102 qaynar xətti”nə telefon edərək hadisə haqda bilgi verdim. Adam bu dəfə ratsiya vasitəsilə durumu öyrənərək, polis əməkdaşlarına son - tabe olmamamla bağlı protokol tərtib etmələri və yola salmaları təlimatını verdi.  Mən protokolu imzalamaqdan imtina etdim. Polis serjantı imzalamadığım protokolu mənə təqdim edərək, 80 manat cərimə olunduğumu bildirdi. Mən bu protokolla bir halda razıyam ki, son hərəkətimlə maşınıma yaxınlaşan ikinci polis serjantını incitmişdim. Lakin buna qədər isə polkovnik leytenant və məni durduraraq, mənə əmr etməyə cəhd edən polis serjantına etiraz edərək, maşınıma əyləşərək hərəkətə davam etmişdim. Ümid edirəm, Daxili İşlər Nazirliyində bu hadisə ilə bağlı etirazıma obyektiv yanaşılar”, -Q.İbrahimli qeyd edib.
 Fotoları təqdim edirik



Tarix: 13-12-2022, 23:40
Xəbəri paylaş





Xəbər lenti