Bərdədə polis maşınla əlili vurub öldürdü


Bərdədə polis əməkdaşı şəxsi avtomobili ilə qəza törədib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə qəflətən yola çıxan piyada, 1961-ci il təvəllüdlü ikinci qrup əlil Surxay Şahbazovu vurub.
Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Xəsarət alan şəxs xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 14-12-2022, 17:33
Xəbəri paylaş





Xəbər lenti