Müğənninin 25 min manatını “Tərəqqi” medalı almaq üçün mənimsəyən şəxs kimdir? - TƏFƏRRÜAT

Müğənninin 25 min manatını “Tərəqqi” medalı almaq üçün mənimsəyən şəxs kimdir?
Tanınmış müğənni Dəniz Əsədova ona qarşı dələduzluq edən şəxlərdən biri barəsində təfərrüatı açıqlayıb.

Siam.az_ın məlumatına görə, Dəniz Əsədova Pravda.az-a bildirib ki, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Musa qızı Kazımova “Tərəqqi” medalı almaq üçün müğənnidən 25 min manat pul alıb.

D.Əsədova deyib ki, məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib: "Problem artıq dörd ildir, davam edir. Rauf, Rüfət, Şahin və Eldəniz adlı məmurlar da iş görmək adı ilə məndən ümumilikdə 500 min manatdan yuxarı pul mənimsəyiblər. Müəyyən işləri görüb məni inandırmışdılar. İstintaq dövründə etiraflarını ediblər, hamısı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yaxınlaşıblar. Aldatdılar ki, bizi bağışla, hissə-hissə qaytaracağıq. Amma bu günə qədər qaytarmayıblar. Artıq 1 ildir, ödəniş yoxdur. Mehparə Kazımovanın məndən 25 manat almasına dair əlimdə səs yazısı da, şahidim də var. 7 nömrəli məktəbin qarşısında pulu ona vermişəm”.

Məsələni aydınlaşdırmaq üçün Mehparə Kazımova ilə əlaqə saxlasaq da, açıqlama verməkdən imtina etdi: “Bu məsələlərlə bağlı danışmağa vaxtım yoxdur. Dəniz Əsədova neçə ildir, bizi narahat edir”.

M.Kazımova Dəniz Əsədovanın sübutları barədə danışmaq istəməyib, vəkil İlqar Rüstəmova yönləndirib.

İ.Rüstəmovla bir neçə dəfə əlaqə yaratmaq istəsək də, zənglərə cavab verməyib.
Tarix: 19-12-2022, 21:59
Xəbəri paylaş





Xəbər lenti