Bərdədə qəza: polis xəsarət aldı


Dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
 
Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
 
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
 
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tarix: 26-12-2022, 15:09
Xəbəri paylaş





Xəbər lenti