Azərbaycanda vəzifəli şəxs saxlanıldı


Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb.
 
Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xəstəxananın baş həkimi Eşqin Əliyev tutulub.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
 Fotoları təqdim edirik


Tarix: 27-12-2022, 00:01
Xəbəri paylaş





Xəbər lenti