Bərdədə polisin düşdüyü qəzanın TƏFƏRRÜATI


Bərdədə polis əməkdaşının düşdüyü qəzanın təfərrüatı məlum olub.
 
Siam.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 26-da saat 09 radələrində rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, rayonun Vəliuşağı kəndində yaşayan 1994-cü il təvəllüdlü Xurşudov Cavid Qabil oğlu idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil ilə Mirzalıbəyli-Bərdə avtomobil yolu ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən "Azərsun" MMC-nin Bərdə satış nümayəndəliyinin inzibati binasının bərabərliyində, əks istiqamətdə hərəkətdə olan, 2016-cı ildən etibarən DİN-nin BDYPİ-nin ƏYPXA-nın 13-cü tağımının YPX inspektoru vəzifəsində işləyən polis baş serjantı, 1986-cı il təvəllüdlü Əbdüləzimov Vüsal Vaqif oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı, 99 YP 978 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə toqquşub. Nəticədə Vüsal Əbdüləzimov sol qulaq nahiyəsinin cırılmış yarası xəsarəti ilə, Cavid Xurşudov isə qapalı kəllə-beyin travması xəsarəti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
 
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma davam etdirilir.
Pravda.az
Tarix: 27-12-2022, 10:26
Xəbəri paylaş





Xəbər lenti