Azərbaycanda iş adamı özünü borca görə GÜLLƏLƏYİB ? - TƏFƏRRÜAT

Azərbaycanda iş adamı özünü avtomobilində GÜLLƏLƏDİ
Naftalanda baş verən intiharın bəzi təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb. 63 yaşlı Feyruz Qocayev özünə məxsus "Nissan" markalı, 46 BA 222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd "Stoeger" markalı tüfəng götürüblər.

Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən "Şəfa" sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış.

F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb.

***

4 yanvar, saat 17:35

Naftalanda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, 63 yaşlı Firuz Qocayev odlu silahla özünü güllələyərək öldürüb. Məlumata görə, o, rayon ərazisindəki sanatoriyalardan birinin sahibi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 63 yaşlı Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub:

"Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə F. Qocayev ov tüfəngi ilə intihar edib.

Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir".
Tarix: 5-01-2023, 14:19
Xəbəri paylaş





Xəbər lenti