“Sədərək”dəki yanğın zamanı malları oğurlayanlar saxlanıldı - Fotolar


Xəbər verdiyimiz kimi "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər:
"Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.
Araşdırmalar aparılır".
Qeyd edək ki, yanğın artıq sönddürülüb.
 

Tarix: 8-01-2023, 21:39
Xəbəri paylaş





Xəbər lenti