İngiltərənin paytaxtı Londonda şahmat üzrə dünya çempionu adı uğrunda görüşlərə start verilib.
Şahmat tacı üçün hazırkı çempion, norveçli Maqnus Karlsenlə İddiaçılar Turnirini qazanmış amerikalı Fabiano Karuana mübarizə aparır. İlk partiya 115-ci gedişədək və 7 saatdan çox davam edib. Karuana ağ fiqurlarla Karlsenlə heç-heçə edib. Sonuncu dəfə açılış oyununun belə hesabla bitmədiyi görüş 2010-cu ilə təsadüf edib. Həmin vaxt bolqarıstanlı Veselin Topalov hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandı yenib.
Qeyd edək ki, Maqnus Karlsen Fabiano Karuana ilə noyabrın 28-dək daha 11 partiyada üz-üzə gələcək. Bu müddətdə yekun qalib müəyyənləşməsə, qısaldılmış nəzarət vaxtı ilə daha 4 partiya keçiriləcək. Tay-breykdə hesab yenə bərabər olsa, tərəflər daha 10 partiya blits, 1 partiya "armageddon" oynayacaqlar.