"Yuventus"a keçən Ronaldo "Real Madrid"in ən yaxşı bombardiri seçildi


Portuqaliyalı hücumçu Kriştianu Ronaldo, iyul ayında "Yuventus"a keçməsinə baxmayaraq 2018-ci ildə "Real Madrid" klubunun ən yaxşı bombardiri seçilib.

Trend-in məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında Ronaldo "Real"ın heyətində bütün rəsmi turnirlərdə 28 qola imza atıb. Onun ən yaxın izləyicisi Qaret Beyldir (27 qol), üçüncü isə 18 qolla Kərim Benzemadır.

Xatırladaq ki, bu yay Ronaldo 100 milyon avroya "Real Madrid"dən "Yuventus" klubuna transfer olunub. Turin klubu hal-hazırda A Seriyasında turnir cədvəlində liderdir.

Tarix: 31-12-2018, 07:01
Xəbəri paylaş





Xəbər lenti