Ümumdünya Boks Assosiasiyası(WBA) ukraynalı Aleksandr Usiki 2018-ci ilin ən yaxşı boksçu adlandırıb.
Oxu.Az xəbər verir ki, təşkilatın rəsmi saytında yerləşdirilən məlumata görə, iyulun 21-də A.Usik Məhəmməd Əli Kubokunu qazanıb və birinci ağır çəki dərəcəsində dünya çempionu olub.
Ümumdünya boks superseriyasının final döyüşündə Usik rusiyalı Murat Qassiyev üzərində qələbə qazanıb.
2018-ci ilin noyabrın 10-da Usik Toni Bellyu ilə döyüşdə çempion kəmərini qoruyub.