“Real”dan darmadağın: Benzema Suarezi keçdi - VİDEO


“Real”dan darmadağın: Benzema Suarezi keçdi - VİDEO

Futbol üzrə İspaniya çempionatında 33-cü turun oyunları keçirilib. 

Cebhe.info xəbər verir ki, Madridin “Real” klubu “Atletik”i qəbul edib. Oyun “kral klubu”bun ərazi üstünlüyü ilə keçib. Hesab 47-ci dəqiqədə açılıb. “Real”ın fransalı hücumçusu Kərim Benzema fərqlənib. İkinci qol fasilədən sonra vurulub.  Kərim Benzema baş zərbəsi ilə Modriçin ötürməsini qola çevirib. “Atletik” bir neçə dəfə fərqlənməyə yaxın olsa da, qapıçı Keylor Navas “Real”ın qol buraxmasına imkan verməyib. Üçüncü qolu da Kərim Benzema vurub. Fransalı hücumçu 90-cı dəqidəqə boş qapını dəqiq nişan alıb. “Real” 3-0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra “kral klubu” 64 xalla üçüncü pillədə möhkəmlənib. 

Oyunda het-trik edən Benzema bombardirlər cədvəlində “Barselona”lı Suarezi keçib. İndi onun hesabında 21 1ol var. Suarez cari mövsümdə 20 qol vurub. La Liqanın ən güclü bombardiri isə Leonel Messidir. Argentinalının hesabında 33 qol var.

Aydın

Tarix: 21-04-2019, 21:06
Xəbəri paylaş





Xəbər lenti