Prezident Administrasiyasından əmr: Süd və kolbasa firmaları yoxlanacaq - Özəl açıqlama

Prezident Administrasiyasından əmr: Süd və kolbasa firmaları yoxlanacaq - Özəl açıqlama Azərbaycanda kolbasa məmulatlarının tərkibi,ət məhsullarının mənşəyi haqda müxtəlif versiyalar səslənir. Mediada bu mövzu vaxtaşırı işıqlandırılsa da, ərzaq məhsullarının içindən yad cismlərin çıxması faktı getdikcə artmaqdadır.

Siam.az bildirir ki ,Politika.Az dəfələrlə kolbasa şirkətlərinin fəaliyyətinə toxunub və cəmiyyəti narahat edən bu məsələni gündəmə gətirib. Firmalar təkzib edir, istehlakçılar müxtəlif faktlar ortaya qoyur.

Məsələn, bir neçə gün öncə "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxması barədə məlumat verilmişdi.


Xəbərdə qeyd olunurdu ki, şirkət kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir. Bu da müxtəlif onkoloji xəstəliklərə yol açır.

“Halal Nemət Min Bərəkət”, “Səhliyalı”, “SAB”, “Sevimli Dad” və başqa şirkətlərin istehsal etdiyi kolbasa və sosiska növlərini də halal, dana ətindən hazırlandığını söyləmək olmur.
Prezident Administrasiyasından əmr: Süd və kolbasa firmaları yoxlanacaq - Özəl açıqlama
Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Politika.Az-a açıqlamasında şikayətlərin artdığını təsdiqləyib. Onun sözlərinə görə, hər həftə 1-2 şikayət daxil olur:

“Demək olar ki, hər həftə 1-2 şikayət daxil olur. İnsanlar zəng edib narahatlıqlarını bildirirlər. Kənar cismlərin ərzaq məhsullarının içindən çıxması faktı çoxalıb. Əlbəttə, acınacaqlı bir vəziyyət yaranıb.


Bunun da əsas səbəbi ölkədə qidanın təhlükəsizliyinə dair qanunun olmamasıdır. Qanun olmayan yerdə mütləq cinayət olur. Qidanın tərkibindən kənar cism çıxırsa, artıq burada heç bir gigiyena qaydalarından, heç bir sanitariyadan söhbət gedə bilməz.

Təsadüfi deyil ki, bütün bu problemləri aradan qaldırmaq üçün 2011-ci ildə ABŞ İnkişaf Agentliyi bizə müraciət etdi və Azərbaycanda istehsal olunan məhsullara qida təhlükəsizli nişanı verilməsi məsələsini qaldırdı”.

E.Hüseynovun sözlərinə görə, 2011-ci ildən bəri cəmi 6 müəssisəyə qida təhlükəsizliyi nişanı verilib: “Qalan müəssisələrdə biz monitorinqlər apardıq və demək olar ki, 99% müəssisələrdə qanun pozuntusu aşkarlandı, bu nişanı verə bilmədik.Bizə yaxın vaxtlarda yazılı müraciət olmadığı üçün konkret müəssisə adı çəkə bilmirəm”.

E.Hüseynov Politika.Az-a bildirib ki, Prezident Administrasiyasından süd məhsullarının tərkibinin yoxlanılması barədə ciddi tapşırıq verilib:

“Dünən mənə Prezident Administrasiyasından zəng vurdular. Məndən xahiş etdilər ki, süd məhsullarının tərkibi yoxlanılsın. Dedi ki, süd məhsulları həftələrlə qalıb xarab olur, müəyyən yoxlamaların aparılmasına ehtiyac var.

Onlar özləri yoxlama aparıb, süd məhsullarında çoxlu nişasta olduğunu aydınlaşdırıblar. Bu da insan sağlamlığı üçün təhlükəlidir. Biz də məsələnin araşdırılması üçün müvafiq tədbirlər görməyi düşünürük”.

Siam.az
Tarix: 16-01-2017, 13:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}