Gömrük Komitəsinin məlumatları rəsmi təbliğatı alt-üst etdi

Gömrük Komitəsinin məlumatları rəsmi təbliğatı alt-üst etdi Nemət Əliyev

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar 2016-cı ildə (bu sahədə) böhranın durdurulması haqqında ictimaiyyətə ötürülən fikirləri alt-üst edib, dostlar!


Yaydığı məlumatda Gömrük Komitəsi bildirib ki, 2015-ci ilə nəzərən 2016-cı ildə ümumi ixrac dövriyyəsi 3,6 milyard dollar və ya 28%-ə yaxın azalıb. İdxal dövriyyəsi isə bu müddətdə 7,4% və ya 684 milyon dollardan çox düşüb.


Xarici ölkələrlə aparılan ticarətdən, əgər 2015-ci ildə 2,2 milyard dollar məbləğində xalis valyuta qazancımız olmuşdusa, 2016-cı ilin ticarətindən valyuta qazancımız vur-tut 611 milyon dollara yaxın olub. Deməli, ötən il bu göstərici 3,6 dəfə pisləşib.

Gömrük məlumatlarından o da məlum olub ki, ümumi ixrac dövriyyəsinin 86%-dən çoxunu neft-qaz məhsulları təşkil edib. Yəni neft sektorunun ixracda payı çox yüksək olaraq qalmaqdadır. Deməli, ötən il ərzində qeyri-neft mallarının ixracının stimullaşdırılması məqsədi ilə atılan hökumət addımları nəticə verməyib. Əksinə, əvvəlki ilə nəzərən 2016-cı ildə qeyri neft-qaz mallarının ixrac səviyyəsi 348 milyon dollara yaxın və ya 22%-ə qədər enib.

Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb
Tarix: 17-01-2017, 20:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}