Dünyanın ən zəngin adamı kimdir?

Dünyanın ən zəngin adamı kimdir? ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos “Maykrasoft”un təsisçisi Bill Qeytsi qabaqlayaraq yenidən dünyanın ən zəngin adamı olub.

Axar.az xəbər verir ki, bu barədə “Bloomberq” və “Forbes” məlumat yayıb.

Məlumata görə, “Amazon” səhmlərinin qiyməti 13% artdıqdan sonra sutka ərzində Bezosun gəliri 10 milyard dollardan çox artıb. “Bloomberq”in hesablamalarına əsasən, biznesmenin sərvəti 93,8 milyard, “Forbes”ə görə isə 93,1 milyard təşkil edir.

Qeyd edək ki, “Amazon” dünyada İnternet vasitəsi ilə satışları həyata keçirən ən irimiqyaslı portaldır və Bezos iyul ayında yenidən dünyanın ən zəngin adamı olmuşdu, lakin bir neçə saatdan sonra Qeyts onu qabaqlamağa müvəffəq olmuşdu.
Tarix: 28-10-2017, 14:23
Xəbəri paylaş





Xəbər lenti