SOCAR-ın iflasa doğru getdiyini ABŞ agentliyi də təsdiqlədi

SOCAR-ın iflasa doğru getdiyini ABŞ agentliyi də təsdiqlədi Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB” səviyyəsindən “BB-” səviyyəsinədək azaldıb.

Təşkilatın yaydığı məlumata görə, reytinq üzrə proqnoz stabildir.


“Reytinqin aşağı salınmasına səbəb odur ki, fikrimizcə, SOCAR-ın yüksək və artan borclanmasından irəli gələn risklərin kompensasiyası üçün dövlət dəstəyi kifayət qədər olmaya bilər. Bundan başqa, SOCAR-ın yüksək əsaslı xərclərı, aqressiv maliyyə siyasəti də qərarımıza təsir edib”, – deyə məlumatda vurğulanıb.

SOCAR-ın xarici öhdəliklərinin kifayət qədər böyük hissəsinin ABŞ dollarında ifadə olunmasına diqqət çəkən S&P bildirir ki, bu, dövlət şirkətini valyuta risklərinə məruz qoyur.

S&P hesab edir ki, yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır. Bunun əsas səbəbi kimi şirkətin öhdəliklərinin yüksək olması göstərilir.

Azadliq.info
Tarix: 2-11-2017, 22:18
Xəbəri paylaş





Xəbər lenti