Tiflisdə öldürülən terrorçular kimdir? - Türkiyə mediasından sensasion iddia

Tiflisdə öldürülən terrorçular kimdir? - Türkiyə mediasından sensasion iddia Tiflisdə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, 1 nəfər saxlanılıb.

BiG.AZ xəbər verir ki, apa TV-nin məlumatına görə, bunu Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.
O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb. Yaralıların vəziyyəti normaldır.
N.Giorqobianinin sözlərinə görə, əməliyyat zamanı saxlanılan və zərərsizləşdirilmiş şəxslər Gürcüstan vətəndaşları deyil: "Kriminal qrup üzvlərinin kimliyinin müəyyən olunması üçün beynəlxalq antiterror əməkdaşlığı çərçivəsində müvafiq tədbirlər həyata keçirilir".

Türkiyə mətbuatı isə öldürülən şəxslərdən birinin İstanbulun Atatürk hava limanında terror aktını planlayaraq 46 nəfərin ölümünə səbəb olmuş "Tək qol" ləqəbli terrorçu Ahmet Recepoviç Çatayev olduğunu iddia edir.

Çatayevin və adamlarının Türkiyədən qaçaraq Gürcüstana keçdiyi, Tiflisdə çeçen əsilli Aslanbek Cebrailovun evində qaldığı bildirilir. 17 saatlıq əməliyyat zamanı sağ ələ keçirilən şəxsin də ev sahibi olduğu qeyd olunur.
Tarix: 23-11-2017, 16:46
Xəbəri paylaş





Xəbər lenti