Əli Məsimli: "Bu qədər vəsaitlə bir ay yaşamaq olarmı?"

Əli Məsimli: "Bu qədər vəsaitlə bir ay yaşamaq olarmı?" Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyən edilib. Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri bildirib ki, “2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat müəyyən edilməsi nəzərdə tutulub.

Deputat Əli Məsimli hökumətə xitab edərək, deyib ki, hesablama qaydası müasir tələblərə cavab vermir: "116 manatlıq ehtiyac meyarı və ya 173 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq olarmı? Təbii ki, olmaz. Bəs neçə gün yaşamaq olar? Bunu bilmək üçün bir dəfə bazara gedib, qiymətlərə baxmaq lazımdır".(Musavat.com)
Tarix: 23-11-2017, 17:21
Xəbəri paylaş





Xəbər lenti