DEPUTAT MƏRKƏZİ BANK SƏDRİNİN FİKRİ İLƏ RAZILAŞMIR: "BELƏ PROQNOZ VERMƏK ÇƏTİNDİR"

DEPUTAT MƏRKƏZİ BANK SƏDRİNİN FİKRİ İLƏ RAZILAŞMIR: "BELƏ PROQNOZ VERMƏK ÇƏTİNDİR" "Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd etdi ki, gələn il manatın məzənnəsi indiki səviyyədə qorunub saxlanacaq. Amma bu proqnozu vermək çətindir”.

Bunu "Sherg.az”a iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib. Deputat vurğulayıb ki, manatın məzənnəsinə təsir edən amillər var:

"İlk növbədə bura neftin qiymətinin hansı səviyyədə olacağı təsir göstərəcək. 2018-ci ildə neftin qiyməti 50-55 dollar səviyyəsində olacaqsa, manatın məzənnəsində ciddi problem olmayacaq.

Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırsa da, bu, ciddi təsir etmir. Amma manat üçün əsas mənbə dünya bazarında neftin qiymətidir.

Manatın məzənnəsini qoruyub saxlamaq müəyyən qədər inflyasiya səviyyəsinə təsirini göstərir. Qeyri-neft sahəsinin inkişafı və digər problemlər var. Hesab edirəm ki, ilin sonuna qədər problem olmayacaq. Məzənnə 1,7 səviyyəsində qorunub saxlanacaq. Amma gələn il üçün dəqiqliklə belə proqnoz vermək çətindir”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev də 2018-ci ildə manatın məzənnəsinin qorunub saxlanacağını bildirib.

Aysel Aslan
Tarix: 24-11-2017, 20:25
Xəbəri paylaş





Xəbər lenti