DEPUTAT: "İNSANLAR KƏNDLƏRƏ MEYL GÖSTƏRİR" - PAYTAXTA AXIN ZƏİFLƏYİR

DEPUTAT: "İNSANLAR KƏNDLƏRƏ MEYL GÖSTƏRİR" - PAYTAXTA AXIN ZƏİFLƏYİR Vahid Əhmədov:"Pay torpaqlarından istifadə ənənəsi geri qayıdır"





"Ölkə başçısı son vaxtlar kənd təsərrüfatının inkişafına ciddi diqqət göstərir”.

Bu barədə "Sherg.az”a iqtisadçı - deputat Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, pambıqçılığın, ipəkçiliyin, baramaçılığın və s. inkişafına datasiyalar verilir, müşavirələr keçirilir:


"Hətta ölkə başçısı özü bu sahədə görülən işlərlə tanış olur. Bütün bunlar kəndlərdə dirçəlmə yaradılması, kənd təsərrüfatının inkişafına qayğı göstərilməsi ilə əlaqədardır. Görülən tədbirlər nəticəsində əhalinin paytaxta axının qarşısı alınır, insanlar kəndlərə meyl göstərir. 2017-ci ildən başlayaraq, xüsusilə Strateji Yol Xəritəsinə uyğun addımlar atılır. Torpağı olan əhali anlayır ki, torpaqlar istifadə edilməmiş qalmamalıdır.

Bu pay torpaqlarını ya dövlətə qaytarmaq, ya da əlavə vergi ödəmək lazımdır. Hazırkı vəziyyətdə daha çox torpağı olan insanlar əkib-becərməlidirlər. Dövlət tərəfindən əhaliyə istənilən yardım verilir ki, məhsul istehsal edilsin, bolluq olsun. Çünki kənd təsərrüfatı məhsulları Azərbaycan üçün önəmlidir. Təəssüf ki, indi bu məhsulların çox hissəsi xaricdən gətirilir.

Lakin əhalinin özünün də təşəbbüsü ilə yerli istehsal arta bilər. Ona görə, pay torpaqlarından istifadə ənənəsi geri qayıdır. Bu, mühüm məsələdir. Ümumiyyətlə, kənd təsərrüfatına diqqət edilməsi əhəmiyyətlidir. Çünki işlək əhalinin də təxmini 38 faizi kənd təsərrüfatı ilə məşğuldur.

Bu sahədə inkişaf gələcəkdə də davam etdiriləcək. Əvvəllər 10-15 milyonluq, maksimum 30 milyonluq məhsul ixrac edirdik. İndi isə artım 250-300 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilir. Problemlər ciddi qoyulub, həlli ilə isə yüksək səviyyədə məşğul olunur”.

Aysel Aslan
Tarix: 28-11-2017, 23:14
Xəbəri paylaş





Xəbər lenti