Ekspertlər: Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır

Ekspertlər: Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır Rusiya neft qiymətlərinin cari səviyyədən daha çox artmasını istəmir.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu fikri Londonda yerləşən "Facts Global Energy" araşdırma şirkətinin ekspertləri səsləndiriblər.


FGE-nin proqnozlarına görə, sabah keçiriləcək OPEC+ sammitində üzv ölkələr anlaşmanın daha 9 ay uzadılmasında həmfikir olsalar da, Rusiyanın mövqeyi hələ də tam bəlli deyil. Rusiyalı istehsalçılar anlaşmanın uzun müddətə prolonqasiyasına qarşı çıxır. Buna səbəb neft qiymətlərinin yüksəlməsinin ABŞ-ın şist neft hasilatını artıracağından duyulan narahatlıqdır. Çünki əgər OPEC+ anlaşması 9 ay müddətinə uzadılsa, o zaman neft qiymətləri 60 dollar/bareldən yuxarı səviyyədə sabitləşəcək.

FGE-nin hesabatına əsasən, 2018-ci ildə qlobal neft ehtiyatlarının həcmində önəmli dəyişiklik olmayacaq. Belə ki, gələn il tələb təklifə yaxın olacaq, hasilatın cari səviyyədən yuxarı olması isə neft bazarında balansı poza bilər. OPEC-in OECD ölkələrində neft ehtiyatlarının məcmu səviyyəsini son 5-illik orta səviyyəyə qədər azaltmaq kimi aqressiv davranışı isə neft qiymətlərini artıra bilər. Bu da Rusiyanın maraqlarına ziddir.
Tarix: 29-11-2017, 22:19
Xəbəri paylaş





Xəbər lenti