Deputatların və iqtisadçıların 2018 xofu: Hökumət bizi böhrana qaytarır - Rəqəmlər

Deputatların və iqtisadçıların 2018 xofu: Hökumət bizi böhrana qaytarır - Rəqəmlər 2018-ci il üçün Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələrin məbləği 2003-cü ildən başlayan 15 illik transfertlər tarixində yalnız 2013-14-cü illərin göstəricilərindən azdır

Palitika.Az xəbər verir ki, gələn ildən büdcədə neft gəlirlərinin artımının 2 başlıca məqsədi var.

İlk növbədə büdcəni şişirtməklə gerçək olmayan, qeyri-neft bölməsindən qaynaqlanmayan iqtisadi inkişaf görüntüsü yaratmaq.

Başqa səbəb isə büdcənin korrupsiya potensiallı investisiya xərclərini çoxaltmaqla iqtisadi artımı neft pulları ilə qidalandımaq.

Hər iki məqsədin siyasi tərəfləri olsa da, iqtisadi əsaslara malikdir. İqtisadiyyatda kapital qoyuluşu artmayanda və əlavə dəyər formalaşmayanda iqtisadi böhrandan çıxmaq olmur.

Bu funksiyanı yerinə yetirən bankların kredit qoyuluşları və xaricdən sərmayə gəlişi kəskin azalıb.

Eyni zamanda da daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait, eləcə də kredit qoyuluşları və büdcə investisiyaları azalıb.

Belə ki, noyabrın 1-ə kredit qoyuluşları ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz aşağı düşüb. Belə olan halda da büdcəni neft gəlriləri, cərimələr, rüsumlar, aksizlər hesabına şişirdilib.

Ordan dövlət investisiyalarını çoxaltmaqla vəziyyətdən çıxışa üstünlük verən hökümət yenə də əvvəlki siyasətə qayıdaraq əsasən neft pulları hesabına maliyyələşən və pis idarə edilən dövlət investisiyalarını artırmaqdan başqa alternativ tapa bilməyib.

Bu ssenari isə yalnız qısa müddətli dövrdə effekt verəcək, çox keçmədən iqtisadi artım yenidən böhranla əvəz olunacaq. Milli iqtisadiyyat yenidən indiki pis duruma qayıdacaq.

Palitika.Az xəbər verir ki, dövlətin nzibati resursları hesabına manatın məzənnəsini sabit saxlamağa nail olsalar da bütün respublika boyu sosial müavinətlər və təqaüdlər ayın sona çatmasına baxmayaraq hələ də verilməyib.

İqtisadi tənəzzül, maliyyə çatışmazlığı və sosial durumun günbəgün ağırlaşması səbəbiylə növbəti il vəziyyətin daha acınacaqlı olacağı qaçılmazdır.

“Biz bütün görülən işlərin gəlirlərin 3-5 ildən sonra hiss edəcəyik. Buna görə də gələn ilin büdcəsi neftin qiymətindən asılıdır”.

Bu sözləri millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hökümətin iqtisadi qanadının fəaliyyətini şərh edərkən qeyd edib.

Büdcə layihəsində Neft Fondundan transferin miqdarının artırılması bir çox ekspertlər tərəfindən narahatlıqla qarşılanır və Milli Məclisdə müzakirə zamanı çıxış edən bir çox deputatlar iqtisadiyyatda neftin dominat rolunun saxlanılmasını təhlükəli hal kimi qiymətləndiriblər.

Bu həm də qeyri neft sektorunun unkişafında ciddi axsamaların olduğunun göstəricisi kimi qəbul edilməkdədir. Bu isə eyni zamanda hökümətin iqtisadi qanadının fəaliyyətində ciddi nöqsanların olmasının göstəricisidir.

Vahid Əhmədov bildirib ki, keçən il neft fondundan transfer 6.1 milyard olubsa, 2017-2018-ci illərdə bu tranfer 9.2 milyard oldu. Bu çox narahat olunası məsələdir:

“Mən gələn ilin dövlət büdcəsinə müəyyən qədər riskli büdcə demişəm. Çünki bildiyimiz kimi bizim büdcə neftdən asılıdır.

Baxmayaraq ki, qeyri-neft sektorunda ciddi işlər görülür, İqtisadi İnkişaf Nazirliyi çox böyük layihələr həyata keçirdir vəs. işlər görülür.

Amma biz bütün görülən işlərin gəlirlərin 3-5 ildən sonra hiss edəcəyik. Buna görə də gələn ilin büdcəsi neftin qiymətindən asılıdır. Bir sözlə gələn ilin büdcəsi 55-60 faiz faktiki olaraq neftdən asılı büdcədir.

Onu da qeyd edim ki, müzakirələr zamanı ən çox bizi narahat edən məsələ Neft Fondundan transferin miqdarının artırılması oldu.

Bu barədə fikrimizi bildirdik ki, keçən il Neft Fondundan transfer 6.1 milyard olubsa, 2017-2018-ci illərdə bu tranfer 9.2 milyard oldu.

Bu çox narahat olunası məsələdir. Daha bir ciddi məsələ isə rəqabət məcələsinin qəbul edilməsidir. Yəni biz hökümətdən tələb etdik ki, 2018-ci ildə bazarda azad rəqabət formallaşsın”.
Tarix: 2-12-2017, 08:40
Xəbəri paylaş





Xəbər lenti