Ən ucuz ipoteka kreditinin olduğu ölkələr

Ən ucuz ipoteka kreditinin olduğu ölkələr Yaponiyada illik ipoteka faziləri 1,2, Azəbaycanda isə 7-dir
Ekspertlər daha sərfəli qiymətə ipoteka krediti götürməyin mümkün olduğu 10 ölkənin reytinqini tərtib ediblər.

Siam.az Report-a istinadla xəbər verir ki, Yaponiyada ipoteka üzrə faiz dərəcələri illik 1,2 faiz olmaqla ən aşağı hesab edilib.

Yaponiyada ev baha olduğundan, əksər yaponlar onu kreditlə alırlar. Tokioda mənzilin bir kvadrat metri orta hesabla təqribən 7-8 min dollardır.

Siyahıda ikinci yeri faiz dərəcəsinin 1,42 olduğu İsveçrə qərarlaşıb. Qeyd edək ki, bu ölkədə gələcək ipotekaçılar üçün şərtlər olduqca güzəştlidir.

Reytinqdə üçüncü yeri Finlandiya (1,53%), dördüncü yeri İsveç (1,87%) tutub. Liderlər "beşliyi"ni 1,92 faiz dərəcəsi ilə Sloveniya qapayır.

Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin illik faiz dərəcəsi cari ilin noyabrına qədər 8% olub. Cari ilin noyabrında faizlər aşağı salınıb və hazırda 7% təşkil edir.


Tarix: 4-12-2017, 08:53
Xəbəri paylaş





Xəbər lenti