2018-ci ildə yoxsulluq həddindən aşağı yaşayanlar 20 faizi keçəcək

2018-ci ildə yoxsulluq həddindən aşağı yaşayanlar 20 faizi keçəcək
Gələn ildən Azərbaycanda yaşayış minimumu 173 manata qaldırılır. Bu, o deməkdir ki, hətta rəsmi mənbələrin göstəricilərinə əsasən, vətəndaşların azı 20 faizi bu minumumun “altında qalacaq”.
Yaşayış minimumu insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin, eləcə də icbari ödənişlərin məbləğinin qarşılaya biləcək gəlirə deyilir. 2004-cü ilin oktyabr ayının 5-də qəbul edilmiş “Yaşayış minimumu haqqında” qanunun 2.0.3-cü maddəsində göstərilir ki, yaşayış minimumu əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında istifadə olunur. Başqa sözlə, yaşayış minimumu yoxsulluğun qiymətləndirilməsi üçün bir meyardır. (turan)
Tarix: 9-12-2017, 10:03
Xəbəri paylaş





Xəbər lenti