Dollar həmləsi və manatın qara günləri gəlir: “Bahalaşmaya hazır olun” - Təcili

Dollar həmləsi və manatın qara günləri gəlir: “Bahalaşmaya hazır olun” - Təcili Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FED toplantısında olacaq, uçot dərəcəsinin 0,25% artırılacağı heç kimdə şübhə doğurmur

Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin məlumatına görə, əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır.

Ola bilər ki, FED gələn il 3 deyil, 4 faiz artımı olacağını elan etsin - bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik. Qərarın Azərbaycana birbaşa təsiri yoxdur, çünki ölkədə zatən iqtisadi institutlar yoxdur.


Qərarlar günlük verilir, iqtisadiyyat əmrlə idarə olunur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edir-edəcək.

Məsələn, dekabr ayı Mərkəzi Bankın ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac(fason) keçirilib: 5 dekabr - 34 milyon 200 min, 7 dekabr - 55 milyon 050 min, 12 dekabr - 75 milyon 950 min dollar satılıb.

Yəni ölkədə dollara təlabat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var - 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır.

Təbii ki, dollara təlabat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir.

Manata, hələ ki, ciddi təhkükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək.

Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq.

Bu il bizdə neft hasilatı 6% azalıb, amma qiyməti 35%-ə yaxın artıb, buna görə də hökumət rahat davranır.

Yəni, ticarət balansında müsbət saldo hökumətin əməyi nəticəsində deyil də, neftin bahalaşmasına görə yarandı.

2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq.

Palitika.Az-ın İqtisadiyyat Şöbəsinin məlumatına görə, FED-in uçot dərəcəsini artırmağa başlaması isə manata, manatın durumu isə bazarlarda məhsullarına qiymətinə, qiymətlərin dəyişməsi də əhalinin istehlak səbətinə ciddi təsir edə bilər.

Üstəlik, uçot dərəcəsinin bayram ərəfəsinə təsadüf eləməsi heç ürəkaçan xəbər olmadı. Noyabr ayında oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma qeydə alınıb.

Göründüyü kimi, əsas bahalaşma ərzaq səbətində, xüsusilə də ət-balıq, süd və tərəvəz məhsullarında müşahidə olunub ki, bu da aztəminatlı əhalinin istehlakında böyük paya malikdir.

Müşahidə olunan maraqlı məqamlardan biri də kərə yağının qiymətində bahalaşmanın davam etməsidir. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək azaldılıb. Bu qərar artıq bir neçə gündür ki, qüvvədədir.

Görünən odur ki, kərə yağının idxalında gömrük rüsumlarının 3 dəfə azaldılmasından istehlakçılar deyil, daha çox inhisarçı və oliqopol şirkətlər bəhrələnirlər.

Yekun olaraq onu da proqnozlaşdırmaq olar ki, qarşıdan gələn yeni bayramı ərəfəsində ərzaq mallarının qiymətini artıran faktorlar daha fəallaşacaq.

Odur ki, dəyərli istehlakçılar qiymətlərin bahalaşmasının yeni dalğasına hazır olun, nəzərə alın ki, ərzaq qiymətləri bu ilin bayram süfrəsində rekord səviyyəyə çatacaq.
Tarix: 17-12-2017, 21:46
Xəbəri paylaş





Xəbər lenti