Yanvarın 1-dən avtomobillər kəskin bahalaşa bilər - təfsilat

Yanvarın 1-dən avtomobillər kəskin bahalaşa bilər - təfsilat
Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən artırılacaq. Tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılacaq.

Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.

Bəs görəsən, yeni qayda ölkəyə idxal olan avtomobillərin qiymətinə nə dərəcədə təsir göstərəcək? Hansı avtomobillərdə bahalaşma müşahidə olunacaq?

“Yeni Müsavat” qəzetinin müxbiri avtomobil satışı elanlarına baş çəkib, qiymətlərlə maraqlanıb.

Araşdırmamız zamanı bəlli oldu ki, avtomobil bazarında ikinci əl avtomobillərin artıq indidən bahalaşdığı müşahidə olunur. “Mercedes” markalı avtomobillər alıcılıq baxımından bazara liderlik edir. Alıcılar bu marka avtomobillərə daha çox üstünlük verirlər. Səbəb isə dayanıqlıq və ehtiyat hissələrinin digərləri ilə müqayisədə daha ucuz olmasıdır.

İnternet üzərindən satış həyata keçirən satıcılarla da əlaqə saxladıq. Rafiq adlı satıcı gömrük rüsumunun artırılmasının ikinci əl avtomobil bazarına təsir etmədiyini bildirdi: “Bildiyim qədər gömrük rüsumları irihəcmli mühərrikli olan avtomobillərə tətbiq ediləcək. Yəni bunun azhəcmli mühərrikli avtomobillərə təsiri olmayacaq. Onu da deyim ki, benzinin bahalaşması bu irihəcmli avtomobillərin bazarını ”öldürüb". Alıcılar daha çox yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük verirlər. Bunun nəticəsidir ki, bazarda irihəcmli mühərrikli bahalı avtomobillərə daha çox rast gəlinir. Bu avtomobillərin qiymətində isə müəyyən qədər bahalaşma müşahidə edilir. Çox güman ki, yanvarın 1-dən sonra kəskin bahalaşma olacaq. Misal üçün, 85 min manata təklif edilən, 2017-ci ilin, 2.7 mühərrikli “Toyoto Prado”su, yanvar ayından sonra təqribən 95-100 min manat civarında olacaq. Bir sözlə, gömrük rüsumunun qaldırılması varlı təbəqəyə təsir edəcək".

Azhəcmli mühərrikli olan avtomobillərin qiymətində hər bazar müəyyən qədər bahalaşma müşahidə olunur. Araşdırmamız zamanı “Mercedes”, “KİA” və bu markadan olan avtomobillərin azhəcmli mühərriklilərinə daha çox tələbat olduğunu öyrəndik. Alıcılar “Mercedes c-200, (dizel) cdi-220", ”Mercedes E-2.2, cdi 2.7", “KİA Rio” markasının 1.6, 1.4 həcmli və İran istehsalı olan “Saipa”markalı avtomobillərə daha çox üstünlük verir.

Son aylar bu avtomobillərin qiyməti 1500-2000 manat civarında bahalaşıb. Ötən illə müqayisədə isə əhəmiyyətli dərəcədə bahalaşma müşahidə olunur. Misal üçün, 7-8 ay öncə 7000-7500 manat civarında olan, 1998-2000-ci illərin buraxılışı “Mercedes-c 200" markalı avtomobili normal vəziyyətdə olanı hazırda 9 min manat, əla vəziyyətdə olanı isə 10-11 min manata təklif edilir. Lakin əksər alıcılar rüsumların artırılmasından sonra ikinci əl avtomobillərin də bahalaşacağını ehtimal edirlər.

Ekspertlər isə gömrük rüsumlarının bütün avtomobillərə şamil edilməyəcəyini bildirir
Tarix: 20-12-2017, 17:10
Xəbəri paylaş





Xəbər lenti