Verginin 200 dəfə artırılması benzinin qiymətinə necə təsir edəcək?

Verginin 200 dəfə artırılması benzinin qiymətinə necə təsir edəcək?
Dünən aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb.

BakuPost.az xəbər verir ki, iqtisadç Vüqar Bayramov suallara aydınlıq gətirib.

Xatırladıb ki, Nazirlər Kabinetinin 14 İyul 2017-ci il qərarı ilə, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi: "Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrinin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən bu, Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək. Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ 92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir. Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzinin istehsalı azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir.

Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə belə artımların iqtisadi əsası olmayacaq”.
Tarix: 26-12-2017, 23:04
Xəbəri paylaş





Xəbər lenti