Birinci müavin istefa ərizəsini nazirə TƏQDİM ETDİ - FOTO

Birinci müavin istefa ərizəsini nazirə TƏQDİM ETDİ - FOTO Mikayıl Cabbarov Vergilər naziri təyin olunandan sonra nazirlikdə istefa dalğası sürətlə davam edir.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq Vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib. Belə ki, S. Məmmədxanov istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib.

Yaxın günlərdə Fazil Məmmədovun komandasına sadiqliyi ilə seçilən S. Məmmədxanovun istefasının qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

Birinci müavin istefa ərizəsini nazirə TƏQDİM ETDİ - FOTO
Tarix: 28-12-2017, 09:44
Xəbəri paylaş





Xəbər lenti