“”100 dollarlıq neft arzuları"nı xəyala çevirən layihələr sürətlə genişlənir...”- İqtisadçı
“Dünya Bankı köhnə ilə qlobal əhəmiyyətli 12 mühüm hadisə ilə göz atıb”.
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, həmin hadisələrdən biri kimi dünyada alternativ enerjinin -xüsusilə günəş və külək enerisinin sürətlə genişlənməsi göstərilir: “Rəqəmlərdən məlum olur ki, günəş enerjisinin istehsalı üzrə istifadəyə verilən güclər 2006-2016-cı illərdə 45 dəfəyədək, günəş enerjisinin istehsalı üzrə istifadəyə verilən güclər 3.5 dəfə artıb. Hazırda dünyada elektrik enerjisi istehsalının təxminən 20%-i alternativ enerji mənbələrinə məxsusdur.
Öz növbəsində, 2016-cı ildə ümumi alternativ enerji üzrə istifadəyə verilən bütün güclərin 76%-i günəş və külək hesabına baş verib. Təkcə 2016-cı ildə alternativ enerji layihələrinə 297 milyard USD xərclənib. 100 dollarlıq neft arzuları"nı xəyala çevirən layihələr sürətlə genişlənir...”
Alçina Amilqızı
Tarix: 3-01-2018, 15:48