Müəllimlərin aylardır maaşı verilmir, nazirlik susur

Müəllimlərin aylardır maaşı verilmir, nazirlik susur
Bakıda fəaliyyət göstərən musiqi məktəblərində maaş problemi yaranıb.

Minval.info xəbər verir ki, müəllimlərin aylıq əmək haqqı ötən ilin ikinci yarısından verilmir. Rəhbərlik bunu maliyyə sıxıntılarının olması ilə izah edir. Maaşını tələb edən və məsələni ictimailəşdirmək istəyən müəllimlərə təzyiq olunur. Belə ki, onlar nəzarətdə saxlanılır və məktəbdə çalışanlara baş verənlərin öz aralarında qalması tapşırılır. O cümlədən onlara veriləcək maaşların böyük hissəsinin kəsildiyi bildirilir.

Müəllimlər məsələ ilə əlaqədar olaraq müvafiq qurumlara müraciət ediblər. Bunun ardınca musiqi məktəblərinin direktorları onlara maaşlarının veriləcəyi barədə söz verib. Həmçinin keçən aydan qalan əmək haqlarını da vaxtında ödəyənəcəyi bildirilib.

Deyilənlərlə bağlı Minval.info Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamağa çalışıb. Amma rəsmi saytlarında yazılan nömrələrdən biri məşğul olub, digəri isə başqa nömrə təqdim edib. Lakin dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz isə boşa çıxıb.
Tarix: 30-01-2018, 15:07
Xəbəri paylaş





Xəbər lenti