Enerji satışı Baba Rzayevdən alınıb MTN-çi Akim Bədəlova verilir - Təfsilat

Enerji satışı Baba Rzayevdən alınıb MTN-çi Akim Bədəlova verilir - Təfsilat
“Azərişıq” ASC-dən elektrik enerjisinin satışı səlahiyyətinin alınması və ayrıca satış treyderlərinin yaradılması gözlənilir

FİA.Az-ın verdiyi məlumata görə, “Azalternativenerji” MMC-nin baş energetiki Tahir Cəfərov belə deyib.


Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında olan MMC-nin baş energetiki bildirib ki, bütün bunlar çox mürəkkəb proseslərdir. Əgər işlər intensiv aparılsa 3 il ərzində Azərbaycan bu sahədə islahatlarını yekunlaşdıra bilər.

Əgər Azərbaycanda 3-5 min böyük elektrik tələbatçıları varsa, 20-dən çox böyük elektrik stansiyaları varsa, bunların məhsulunun ümumi sistemdə alınıb satılması sayğaclar vasitəsilə reallaşdırılmalıdır. Vahid protokol olmalıdır ki, onu vahid terminalda uzlaşdırsın.

Lakin işin əsas mahiyyəti ondan ibarətdir ki, elektrik satışı “Azərişıq” ASC sədri Baba Rzayevdən alınaraq agentlik sədri Akim Bədəlova verilir.

Əslində, hər iki qurum rəhbərinin adı kifayət qədər qanunsuz işlərdə çəkilib. Yəni, dəyişikliyi islahat kimi təqdim etmək belə şübhəlidir.

Çünki B.Rzayevlə yanaşı A.Bədəlovun adı maxinasiyalarda, ölkədən pul çıxarmaq, MTN işində hallanıb.

Akim Bədəlov balansında çoxlu sayda obyekt, torpaq sahəsi olan və mərhum dövlət katibi Tofiq İsmayılov tərəfindən yaradılan “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini MTN rəhbərliyinin köməkliyi ilə, saxta notarial sənədlərlə ələ keçirib. Bu iddianı ötən il mətbuata mərhum Tofiq İsmayılovun qızı Səbinə Simayılova açııqlamışdı.

Tofiq İsmayılovun ailəsi dəfələrlə məhkəməyə müraciətlər etsə də sonda Akim Bədəlov qudası Ali Məhkəmənin sədri Ramiz Rzayevin dəstəyi ilə problem “yoluna” qoya bilib.

Akim Bədəlov bir müddət əvvəl mərhum dövlət katibinin ailəsinə MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi, keçmiş nazir Eldar Mahmudovun və “Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin milyardlarını ölkədən çıxarılmasında müstəsna xidmətləri olmuş Pərviz Vəliyevin adı ilə hədə qorxu gələrək onlardan sakit durmalarını istəyib.

Yəni, bu əməllərin sahibinə enerji satışı kimi nəhəng sahənin həvalə olunması kifayət qədər riskli və maxinasiyalara səbəb olacaq dəyişikliyə gətirib çıxaracaq.

FİA.Az-ın verdiyi məlumata görə, agentlik sədri bacısı oğlanları ilə birlikdə Türkiyədə turizm şirkəti yaratmaqla bərabər həm də bu ölkənin İstanbul şəhərində bir neçə ev, villa və dükanlar alıb.

Bədəlovlar ölkədən çıxartdığı vəsaitin böyük hissəsini isə Avropada İngiltərə və İsveçrə dövlətlərinə transfer ediblər.

Hazırda London şəhərində Akim Bədəlovun oğlu Aqşin Bədəlova məxsus dəbdəbəli bir malikanənin və iki şirkətin olduğu deyilir.

Həmin şirkətlər isə keçmiş MTN zabiti Hava Limani İdarəsinin rəisi Pərviz Vəliyevin və qardaşı Rizvan Vəliyevin pulları hesabına qurulub.

Ölkədə ikinci devalyasiyadan sonra isə, Akim Bədəlovun bacısı oğlu, MTN işinə görə vəzifəsindən qovulan Pərviz Vəliyev Akim Bədəlovun əli ilə özünə məxsus pullarınıda ölkədən çıxarmağa müfəvəq olub.

Bundan başqa Agentlik rəhbəri Bakını Nəsimi rayonundakı mağazalarını, həmçinin Yasamal rayon Badamdar qəsəbəsindəki villasını və digər obyektlərinida satışa çıxartdığı deyilir.

Lakin əmlak qiymətlərinin kəskin ucuzlaşmasına görə agentlik sədri obyektlərini və evlərini ucuz satmaqdan vaz keçib.
Tarix: 2-02-2018, 23:29
Xəbəri paylaş





Xəbər lenti