Mal-qaranın sayında kəskin azalma

Mal-qaranın sayında kəskin azalma Son 3 ayda Azərbaycanda mal-qaranın sayı 23,3 min baş azalaraq yanvar ayının sonunda 2 milyon 679 min 300 başa geriləyib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən ilin oktyabr ayının sonunda mal-qaranın sayı 2 milyon 702 min 600 baş təşkil etmişdi.

Qoyun və keçilərin sayı daha çox azalıb. Son 3 ayda qoyun və keçilərin sayı 202 min baş azalaraq 8 milyon 466 min başa düşüb. Bu say, son 5 ildə ən aşağı göstəricidir. 2014-cü ilin aprelində qoyun və keçilərin sayı 8 milyon 853 min başa çatmışdı.

Qeyd edək ki, otlaq sahələrinin əkin üçün istifadə edilməsi mal-qara və qoyun sayına mənfi təsir göstərir.
Tarix: 16-02-2018, 07:49
Xəbəri paylaş





Xəbər lenti