“Azərenerji” çıxılmaz vəziyyətdə

“Azərenerji” çıxılmaz vəziyyətdə
“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərenerji” ASC-nin uzun və qısamüddətli korporativ kredit reytinqini “BB/B” səviyyəsində təsdiq edib.

Agentliyin ölkənin əsas enerji istehsalçısının reytinqi üzrə proqnozu isə “neqativ”dir.

“Fitch” bəyan edib ki, “Azərenerji” hələ də hökumətin müəyyən dəstəyindən yararlanır: “Hökumət “Azərenerji”nin likvdiliyini təmin etmək üçün ona dəstəyini davam etdirib. Bura əsas borcların və faizlərinin ödənməsi daxildir. Gözləyirik ki, bu dəstək davam edəcək, amma həm də görürük ki, həmin dəstək getdikcə zəifləyir. Şirkətin genişlənmiş investisiya proqramının icrasına dair qeyri-müəyyənlik var. Digər tərəfdən qurumun yığımlarının əsas hissəsi “Azərişıq” ASC-dən gəlir. Nəhayət, hökumətə nisbətən “Azərenerji”nin xarici borcları daha yüksəkdir”.
Tarix: 16-02-2018, 16:16
Xəbəri paylaş





Xəbər lenti