“Bir il yararlılıq müddəti olan alman çörəyinin kimyalaşmış xəmiri Almaniyadan gətirilirdi...” - RƏZALƏT...






“Çörəklərin saxlanma müddəti 72 saatdır. Ona görə də həm gec xarab olan, həm də tez xarab olan çörəklər bizi narahat edir”
 
Vətəndaşın mağazadan aldığı çörəyin içindən pis qoxu gəldiyi üçün yemək mümkün olmayıb. 

Moderator.az xəbər verir ki, redaksiyamıza şikayət edən vətəndaş Kürdəxanı qəsəbəsində yerləşən “İl” marketdən aldığı çörəyin keyfiyyətini görəndə şoka düşüb. Belə ki, iki ədəd kürə çörəyi alan qəsəbə sakini onu evə gətirdikdən sonra süfrə başında yemək istəyərkən çörəkdən çox pis qoxu gəldiyini aşkar edib. İkinci sort qara undan hazırlanan çörəyi kəsərkən içindən gələn xoşagəlməz qoxu və xəmirin yapışqan olması onun keyfiyyətsiz olmasına da əsas verir. 

Məsələylə bağlı adı çəkilən marketə gedən alıcı qarşılaşdığı mənzərəylə mağaza sahibini də xəbərdar edib. Hər gün bu mağazadan çörək aldığını deyən qəsəbə sakini, birinci dəfədir ki, belə bir hadisəylə rastlaşdığını bildirib. 


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, vətəndaşlarımız bu kimi hallarla çox tez-tez rastlaşırlar. Burda ya una, ya da avadanlığa bakteriya düşdüyü üçün bişirilən çörək bu cür pis qoxu verir:

“Buna “Kartof xəstəliyi” deyirlər. Bişirilən çörəyin içi yapışqan olur və pis qoxu gəlir. Dəfələrlə bu cür halların şahidi olmuşuq. Belə çörəyi yeyəndə insanda bədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Burda ya avadanlığa, ya da una bakteriya düşüb. Çörəklə bağlı çox şikayətlər daxil olub. Məsələn, çörəyin içindən bolt, dırnaq, muncuq və sair əşyaların çıxmasının şahidi olmuşuq. Çörəklərin saxlanma müddəti 72 saatdır. Ona görə də həm gec xarab olan, həm də tez xarab olan çörəklər bizi narahat edir. Gec xarab olan çörək o deməkdir ki, kimyalaşdırılıb. Ölkədə üç il əvvəl alman çörəyi bişirilirdi və bir il yararılıq müddəti var idi. Biz onun vaxtının dəyişdirilməsinə nail olduq və məlum oldu ki, çörəyin kimyalaşmış xəmiri Almaniyadan gətirilir. Tez xarab olan çörəklərdə isə  bu cür “Kartof xəstəliyi” olur. Bu çörəyi bişirən müəssisədə monitorinq aparmaq lazımdır”. 


Tarix: 27-11-2018, 14:00
Xəbəri paylaş





Xəbər lenti