OPEC Rusiyanı satdı: 3 günlük müzakirə sona yaxınlaşır


OPEC Rusiyanı satdı: 3 günlük müzakirə sona yaxınlaşır

Rusiya OPEC-ə güzəştə getməyə məcbur qalıb. Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, Moskva hasilatın azaldılması barədə kartelin təklifinə razılaşmalı olub. Bu barədə “Reuters” Rusiya Energetika Nazirliyindəki mənbəyə istinadən yazır.

Agentliyin bildirdiyinə görə, əvvəlcə OPEC-in Vyanada keçirilən iclasında Rusiya tərəfi ölkəsinin qışa keçid müddətində hasilatı azalda bilməyəcəyini bildirib. Əgər azaltmaq mümkün olsa, bu rəqəm heç də OPEC-in təklifi kimi 300 min yox, sutkada ancaq 150 min barel ola bilər. Ancaq OPEC bununla razılaşmayıb və müzakirələrin sonrakı mərhələsində Rusiya hasilatı sutkada 200 min barel azaltmaqla razılaşıb. Amma hətta bu rəqəm də OPEC-i razı salmır.

Energetika naziri Aleksandr Novak bildirib ki, ölkəsinin mövqeyini OPEC-ə təqdim edib.

Xatırladaq ki, artıq 3 gündür ki, hasilatla bağlı müzakirələr aparan OPEC-in budəfəki iclasından danışan bəzi ekspertlər "OPEC Rusiyanı satdı" ifadələrini işlədib. Hələ də tərəflər gərgin müzakirəni davam etdirir. Ümumilikdə sutka ərzində hasilatın 1,3 milyon barel azaldılması təklif olunur ki, bunun da 300 mini Rusiyaya ayrılıb

Tarix: 7-12-2018, 21:28
Xəbəri paylaş





Xəbər lenti