Gürcüstanda dollar bahalaşmaqda davam edir


Gürcüstanda dollar bahalaşmaqda davam edir
Gürcüstanda milli valyuta olan larinin ABŞ dollarına qarşı ucuzlaşması tendensiyası davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin Milli Bankının iyulun 25-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9010 təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə xarici valyutanın dəyəri 0,0039 lari artıb.

Avronun dəyərində isə nisbətən ucuzlaşma qeydə alınıb. Sabahkı məzənnəyə əsasən, 1 avronun dəyəri 0,0047 lari uzuclaşaraq 3,2343 lari təşkil edib.
 
Tarix: 24-07-2019, 23:30
Xəbəri paylaş





Xəbər lenti