Büdcədən aldıqları ödədiklərindən çoxdur
Azərbaycanda iri vergi ödəyicilərinin 2018-ci ildə dövlət büdcəsinə ödədikləri və büdcədən aldıqları vəsaitlərin həcmi bəlli olub.

Cahan.info “Yeni Sabah”-a istinadən xəbər verir ki, Hesablama Palatasının məlumatlarına əsasən bəlli olub ki, il ərzində büdcəyə ən çox vəsait SOCAR tərəfindən daxil olub. Amma maraqlı burasındadır ki, SOCAR-ın büdcədən aldığı vəsait ödədiyindən artıqdır

Dövlət şirkətlərinin büdcədən aldırları və büdcəyə ödədikləri pulları rəqəmlərlə təqdim edirik:

SOCAR: 1 milyard 425 milyon manat ödəyib, 1 milyard 486 milyon manat alıb

Azərenerji: 86 milyon ödəyib, 240 milyon manat alıb

Azərbaycan Dəmir Yolları: 15 milyon ödəyib, 607 milyon manat alıb

Xəzər Dəniz Gəmiçiliyi: 30 miyon ödəyib, 20 milyon manat alıb

Azərbaycan Hava Yolları: 32 milyon ödəyib ,10 milyon manat alıb

Azərsu: 27 milyon ödəyib, 431 milyon manat alıb.